QovurmaStarbucks Roast™, başqa sözlə, qəhvənin Starbucks metodu ilə qovrulması, dənələrin müəyyən temperaturda müəyyən müddətə qovrulmasından və ya qəhvə dənələrinin fərqli rəngini əldə etməkdən daha çox şeydir. Bu, bir sənətdir və bundan daha çox, intensiv dad təcrübəsini vurğulayan bir qovurma fəlsəfəsidir.Yaşıl qəhvə dənələrini ətrini, turşuluğunu, bədənini və ləzzətini üzə çıxarmaq üçün qovururuq. Hər bir qəhvə, bu xas ləzzət xüsusiyyətlərini vurğulamaq üçün unikal bir dad profili ilə qovrulur.Təcrübəli qovurucularımız və dad mütəxəssislərimiz yüksək ərazilərdəki qəhvə ağaclarından alınan hər bir arabica dənəsinin, qəhvədə axtardığımız ləzzətləri üzə çıxarmaq üçün nə qədər qovrulmalı olduğuna qərar vermək üçün birlikdə çalışırlar.Dəfələrlə təkrar olunan qovurma və dad sınaqlarından keçən qəhvə mütəxəssislərimiz nəhayət bu yüksək keyfiyyətli dənələrin içində gizlənən ləzzəti açmaq üçün son qovurmaya nail olurlar. Bu prosesin sonunda qəhvələrimiz bütün duyğulara xitab edən xoş ətirlər və ləzzətlərlə qonaqlarımıza çatır.