Tariximiz

our-heritage-hero-bannerHər gün iki şeyin xəyalı ilə işə gedirik: dostlarımızla mükəmməl kofeni bölüşmək və dünyanı bir az da yaxşılaşdırmağa töhfə vermək. Bu, ilk Starbucks 1971-ci ildə açılanda başlamışdı və bu gün də aktualdır.O zaman şirkət Seattle-ın tarixi Pike Place Arkadasında yerləşən tək mağazadan ibarət idi. Starbucks yalnız bir kiçik mağazadan dünyanın ən keyfiyyətli, təzə qovrulmuş kofe dənələrini təklif etdi. Moby Dick-dən ilhamlanan ad, köhnə kofe tacirlərinin dənizçilik ənənəsindən və onların açıq dənizə olan sevgisindən irəli gəlir.

1981-ci ildə Howard Schultz (Starbucks sədri, baş icraçı direktor) Starbucks mağazasına girdi. Schultz ilk Sumatra fincanı ilə Starbucks-a girdi və bir il sonra şirkətə qoşuldu.

Bir il sonra, 1983-cü ildə Howard Schultz İtaliyaya səyahət etdi və italyanların espresso barlarına olan sevgisi və kofe təcrübəsinə heyran oldu. İtalyan kafe ənənəsini ABŞ-a gətirmək istəyirdi. İnsanların bir araya gələrək söhbətlərini apara biləcəkləri bir məkan yaratmaq... Evdən və işdən sonra üçüncü ünvanlarını yaratmaq... Schultz Il Giornale kafelərini açmaq üçün qısa müddətə Starbucks-dan ayrıldı və 1987-ci ilin avqustunda yerli investorların köməyi ilə Starbucks-ı aldı. Yarandığı gündən etibarən Starbucks fərqli bir şirkətə çevrildi. Bu, yalnız kofe və zəngin kofe mədəniyyəti deyil, bir təcrübə təklif etdi.


Məqsədimiz insan ruhunu ilhamlandıran və zənginləşdirən brend olmaqdır!

Bu gün Starbucks 65 ölkədə 21.000-dən çox mağazası ilə kofe almaq və qovurmaq üzrə dünyanın bir nömrəli şirkətidir. Və biz hər fincanla unikal Starbucks Təcrübəsini təqdim etməyə çalışırıq.
Starbucks