ŞirkətimizStarbucks Yaxın Şərqdə

Köklərimiz ABŞ-dan olsa da, Biz 11 Yaxın Şərq və Şimali Afrika ölkəsində 1900-dən çox mağaza daxil olmaqla 86 bazarda fəaliyyət göstərən qlobal şirkətik. Bu mağazalarda 19.000-dən artıq yaşıl önlüklü işçi heyət çalışmaqdadır. Mövcud bazarlarda cəmiyyətin bir parçası olmaqdan məmnunuq; Biz mağazalarımızı idarə edən, minlərlə vətəndaşı işə götürən, milyonlarla müştəriyə xidmət göstərən və məhəllə və şəhərləri dəstəkləməklə bir çox insana müsbət təsir göstərən yerli tərəfdaşlarla bilavasitə işləyirik..

Dünya üzrə 400 000-dən çox partnyorumuz müxtəlif düşüncə tərzinə və fikirlərə sahibdir. Bu inanc və düşüncə spektrindən asılı olmayaraq, Starbucks qeyri-siyasi təşkilat olub və belə də qalacaq. Nə Starbucks, nə də şirkətin keçmiş sədri və baş direktoru Hovard Şultz İsrail hökumətinə və ya İsrail Ordusuna heç bir maliyyə dəstəyi vermir.

İnandığımız və nəzarətdə saxladığımız əsas dəyər şirkətimizin köklü irsinə sadiq qalmaqdır; Məqsədimiz - partnyorlarımız (işçilərimiz) və müştərilərimizlə bir fincan yüksək keyfiyyətli kofe içərək bir araya gəlmək və harada olurlarsa olsunlar, onlara mümkün olan ən yaxşı xidməti təqdim etməkdir.
SUAL-CAVAB

  • Xeyr. Bu, tamamilə yanlış məlumatdır. Starbucks və ya Howardın İsrail hökumətinə yaxud İsrail Ordusuna maliyyə dəstəyi verdiyi barədə şayiələr sadəcə şaiyədir və yalandır. Starbucks açıq səhmdar cəmiyyətdir, ona görə də, hər il korporativ ianələri etibarnamə vasitəsilə açıqlamalıdır.

  • Xeyr. Bu, tamamilə yalan məlumatdır.

  • Xeyr. Biz biznes qərarlarımızı siyasi məsələlərə görə qəbul etmirik. İsrail bazarında yaşadığımız əməliyyat çətinlikləri səbəbindən 2003-cü ildə tərəfdaşlığımıza son qoymaq qərarına gəldik. Tərəfdaşlarımızla aylarla davam edən müzakirələrdən sonra belə bir sülhməramlı qərar verildi.

  • 2003-cü ildə biz İsraildəki əməliyyat çətinliklərinə görə tərəfdaşlığımızı dayandırmaq qərarına gəldik.

    Məqsədəuyğun bir iş planı və Starbucks brendinə uyğun olduğunu düşündüyümüz bazar vəziyyətində, yeni ölkələrdə lazımi texniki-iqtisadi əsaslandırmaları həyata keçirir və yerli iş ortaqlarımızla brendimizi qonaqlarımıza təqdim edirik. Hər fürsəti bu yanaşma ilə dəyərləndiririk. Brendimizə Yaxın Şərqdə olan geniş maraq bizi çox sevindirdiyi üçün regionda işimizi genişləndirməyə davam edəcəyik. Biz regionla bağlı planlarımızı inkişaf etdirmək üçün iş ortağımız Alshaya Group ilə sıx əməkdaşlığı davam etdiririk.

  • Starbucks Yaxın Şərqdəki əməliyyatlarını 1999-cu ildən bəri lisenziyalaşdırma və əməliyyat müqaviləsi əsasında Küveytin özəl ailə şirkəti olan MH Alshaya Co.VLL vasitəsilə həyata keçirir. Bu gün regionda aparıcı və ən nüfuzlu brend françayzinq şirkətlərindən biri kimi tanınan Alshaya Group hazırda Yaxın Şərq və Şimali Afrikada 1900-dən çox Starbucks mağazasını idarə edir.

    Alshaya Group ilə uğurlu tərəfdaşlığa malik olduğumuz üçün özümüzü şanslı hesab edirik və bundan və qürur duyuruq. Ümid edirik ki, bu uğurlu əməkdaşlığı daha da irəli aparacağıq.

  • Alshaya Group ilə əməkdaşlığımız çərçivəsində Bəhreyn, Misir, İordaniya, Küveyt, Livan, Mərakeş, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Azərbaycan, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində Starbucks mağazaları ilə Yaxın Şərq və Şimali Afrika regionunda fəaliyyət göstəririk. Biz anlayırıq ki, bir çox cəmiyyətlərlə əməkdaşlıq etmək fürsətinə malik olduğumuz üçün şanslıyıq və fəaliyyət göstərdiyimiz hər bir ölkənin yerli ənənələrinə və mədəniyyətlərinə hörmətlə Starbucks Təcrübəsini təklif etməyə şadıq. Bundan əlavə, fəaliyyət göstərdiyimiz ölkələrdə yerli insan resurslarını işə cəlb etməklə minlərlə işçi üçün iş imkanları təmin etmək əzmindəyik.
Starbucks-ın yüksək keyfiyyətli bütöv qəhvə lobyasını alıb qovurması tamamilə doğrudur. Bu, bizim işimizin mahiyyətidir — amma bu, bütün hekayəni demək deyil.

Starbucks kafeləri hər yerdə qəhvə həvəskarları üçün işıq mənbəyinə çevrilib. Niyə onlar Starbucks kafesinə getməyə israr edirlər? Çünki onlar hər dəfə səmimi xidmətə, cəlbedici mühitə və peşəkar səviyyədə qovrulub zəngin dadlı hazırlanmış möhtəşəm bir fincan qəhvəyə güvənə biləcəklərini bilirlər.
Kofedən ötəsi

Ehtirasımız təkcə kofemiz deyil, həm də onu tamamlayan təcrübəni ən yaxşı şəkildə təqdim etməkdir. Starbuckslı anlarınızı tamamlamaq üçün hər şeyi xüsusi titizliklə seçirik, kofenizə uyğun gələn qidalardan mağaza mühitini tamamlayan musiqiyə qədər. Qonaqlarımız Starbucks-a söhbət etmək, dostlarla görüşmək və ya işləmək üçün gəlirlər. Hər kəsin bir araya gəlməsi və gündəlik həyatlarının bir parçası olması üçün sosial mühit təklif edirik; Bizi bundan daha xoşbəxt nə edə bilər ki?.
Alshaya Group Haqqında

Starbucks 1999-cu ildə Küveytdə ilk mağazasının açılışından bəri Yaxın Şərqdə mövcuddur və Starbucks-ın dünya üzrə ən böyük və ən uzunmüddətli lisenziyalı tərəfdaşlarından biri olan Alshaya Group tərəfindən idarə olunur.

Bu gün Alshaya Group, Azərbaycan, Türkiyə, Yaxın Şərq və Şimali Afrika (MENA), Qazaxıstanda 13 ölkədə 2000-dən çox Starbucks mağazası fəaliyyət göstərir və hər gün 1 milyon müştəriyə xidmət göstərən 21.000 yaşıl önlüklü partnyoru çalışır.

Alshaya Group dinamik ailə şirkətidir və ilk dəfə 1890-cı ildə Küveytdə yaradılmışdır. Ardıcıl inkişaf və innovasiya təcrübəsi ilə Alshaya Group müştərilərinə çox sevilən beynəlxalq brendlərin bənzərsiz seçimini təklif edərək, dünyanın aparıcı brend françayzinq operatorlarından biridir.

Bu gün Starbucks dünyanın 86 bazarında 31 000-dən çox mağazası ilə kofe alınması və hazırlanması üzrə dünyanın bir nömrəli şirkətidir. Və biz hər fincanla unikal Starbucks təcrübəsi təqdim etməyə çalışırıq.
Bunları Bilirdinizmi?
  • Starbucks 2015-ci ildən Alshaya Group Küveyt altında Azərbaycanda fəaliyyətini həyata keçirir.
  • Starbucks olaraq Azərbaycanda 9 mağazamız var. Starbucks Azərbaycan mağazalarında 47 sahə partnyorumuz işləyir, onlardan 35-i yaşıl, 12-si qara önlüklüdür.
  • Starbucks Azərbaycanda ən çox satılan içkisi Caffè Latte-dir.
  • Starbucks Azərbaycan mağazalarımızda ən çox satılan qida məhsulumuz xaşxaşlı üç pendirli sendviçdir .
Starbucks